Ana Sayfa > Karusel / İdman / Foto-fakt > “Hər dəfə uşaq səhvləri edirik” - Şahin Diniyev

“Hər dəfə uşaq səhvləri edirik” - Şahin Diniyev


16-04-2016, 20:15. Yazar: Xeberaz
“Hər dəfə uşaq səhvləri edirik” - Şahin Diniyev
“Oyun maraqlı keçdi. Həqiqətən liderlərin oyununa bənzər matç izlədik. Komandada bir qədər gərginlik var idi. Görüşün əvvəllərində psixoloji gərginliyi aradan qaldırmağa çalışdıq. Son 25 dəqiqədə sərgilədikləri oyun üçün komandaya təşəkkür edirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 30-cu turunda evdə “İnter”lə 1:1 bərabərə qaldıqları oyundan sonra “CBC Sport” kanalına açıqlamasında deyib.

Ş.Diniyev komandasının bu görüşdə qələbəyə daha yaxın olduğunu bildirib: “Biz üç xala daha yaxın yaxın idik. Ancaq hər oyunda müdafiədə uşaq səhvləri edirik. Belə görüşlərdə bir qol matçın taleyini həll edə bilir. İrəli baxmaq lazımdır. Düşünürəm ki, komanda artıq psixoloji və fiziki yorğunluğu üzərindən atıb. Komandanın son 25 dəqiqədə göstərdiyi oyun bunu bir daha sübut etdi. Uğurlu oyunlarımız qarşıda olacaq”.
Geri dön