Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Əhalinin sayı 10 milyona yaxınlaşır

Əhalinin sayı 10 milyona yaxınlaşır


15-04-2016, 14:56. Yazar: Xeberaz
Əhalinin sayı 10 milyona yaxınlaşır

Bu il martın 1-də Azərbaycan əhalisinin sayı 9 milyon 723 min 500 nəfərə çatıb. Bu, ilin əvvəlindən əhalinin sayının 17.9 min nəfər və ya 0.2 faiz artması anlamına gəlir.
Dövlət Statistika Komitəsindən «Trend»ə verilən məlumata görə, əhalinin orta sıxlığı bir kvadratkilometrə 112 nəfərdir.
Ölkə əhalisinin 53.1 faizi şəhər, 46.9 faizi isə kənd sakinləridir.
Əhalinin 49.8 faizi kişilərin, 50.2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 qadın düşür.
Geri dön