Ana Sayfa > Karusel / Siyasət / M2 > Son xəbərdarlıq: “Rusiya bir də belə etsə…”

Son xəbərdarlıq: “Rusiya bir də belə etsə…”


15-04-2016, 14:12. Yazar: Xeberaz
Son xəbərdarlıq: “Rusiya bir də belə etsə…”

Rus təyyarələrinin ABŞ gəmilərinin yaxınlığında uçuşlar həyata keçirməsi provokativ addımdır.
Axar.az xəbər verir ki, bunu “CNN İspaniya” telekanalına müsahibəsində ABŞ Dövlət katibi Con Kerri söyləyib. Onun sözlərinə görə, ABŞ istənilən vaxt bu təyyarələrə atəş aça bilərdi və eyni hal bir də təkrar olunarsa, ölçü götürüləcək:
“Biz bu cür davranışı qınayırıq. Bu provokativ addım idi. Açıq dənizlərdə bizə hədə-qorxu gəlinməsinə imkan verməyəcəyik. Artıq Moskvaya öz mövqeyimizi çatdırmışıq”.
Qeyd edək ki, bir müddət öncə Rusiyanın Su-24 təyyarələri ABŞ-ın Baltik dənizində təlim keçən hərbi gəmiləri üzərində təhlükəli uçuşlar həyata keçiriblər.
Geri dön