Ana Sayfa > Karusel / İdman / M2 > Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atıldı

Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atıldı


15-04-2016, 14:06. Yazar: Xeberaz
Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atıldı

Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil qərargahında keçirilib.

Final matçının səfiri, ötənlərin tanınmış futbolçusu Deyan Stankoviçin çəkdiyi püşk nəticəsində İngiltərənin "Manşester Siti" komandası İspaniya "Real Madrid"inə, "Atletiko" isə Almaniya "Bavariya"sına rəqib olub. "Mançester Siti" - "Real Madrid" cütünün qalibi final görüşündə nominal ev sahibi olacaq. Tədbir zamanı Çempionlar Liqasının kuboku Milanın nümayəndəsinə təqdim olunub.

Qeyd edək ki, yarınmfinal mərhələsində ilk oyunlar 26-27 apreldə, cavab görüşləri 3-4 mayda təşkil olunacaq. Final matçı isə mayın 28-də İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda baş tutacaq.
Geri dön