Ana Sayfa > Karusel / Gündəm / M2 > Metro istifadəçilərinin nəzərinə

Metro istifadəçilərinin nəzərinə


14-04-2016, 22:34. Yazar: Xeberaz
Metro istifadəçilərinin nəzərinə
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metronun "Elmlər Akademiyası" stansiyasının birinci vestibülünün təmiri ilə bağlı hazırlıq işlərinə başlayıb.

Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu gün gecə saatlarından vestibüldə təmir işlərinə başlanacaq: "Bununla bağlı hazırda stansiyanın təmir aparılacaq vestibülündə təhlükəsizlik tədbirlərinə başlanıb, ərazidə təhlükəsizlik hasarları çəkilib. Gecə saat 12-də vestibül tam bağlanacaq və sabahdan etibarən təmir işlərinə başlanacaq. Vestübülün bağlanmasına səbəb oradakı 3 eskalatorun istismar müddətini başa vurmasıdır. Buna görə də həmin vestibüldəki hər 3 eskalator söküləcək və yeni, müasir eskalatorlarla əvəzlənəcək. Eskalatorla yanaşı, stansiyanın birinci vestibülü də təmir ediləcək. Təmir işlərinin təxminən 6 ay çəkəcəyi gözlənilir".

N.Paşayev bildirib ki, təmir müddətində sərnişinlər stansiyanın ikinci vestibülündən, yəni ikinci çıxışından giriş-çıxış kimi istifadə edəcəklər.
Geri dön