Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda yaşlı qadının intiharı ilə bağlı YENİ MƏQAMLAR

Bakıda yaşlı qadının intiharı ilə bağlı YENİ MƏQAMLAR


14-04-2016, 22:30. Yazar: Xeberaz
Bakıda yaşlı qadının intiharı ilə bağlı YENİ MƏQAMLAR

Bakının Pirallahı rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb.
"Xəbəraz.az "bildirir ki, 63 yaşlı Kazibenko Olqa Nikolayevna özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atarkən evdə tək olub. Hadisədən əvvəl o, qapını bağladığından əməliyyatçılar qapını sındırmaq yolu ilə mənzilə daxil olublar.

Hadisədən xeyli sonra xəbər tutan ailə üzvləri 63 yaşlı qadının son vaxtlar ruhi-əsəb sarsıntısı keçirdiyini və özünü qəribə apardığını deyiblər.

Qeyd edək ki, özünü 5-ci mərtəbədən atan O.Kazibenko asfaltın üstünə düşdüyündən hadisə yerindəcə keçinib.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Geri dön