Ana Sayfa > Karusel / Dünya / Foto-fakt > Rusiyada şəhər meri itkin düşüb

Rusiyada şəhər meri itkin düşüb


18-04-2015, 14:59. Yazar: Xeberaz
Rusiyada şəhər meri itkin düşüb
Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Rusiya Federasiyası Mari El Respublikasının paytaxt Yoşkar Olanın meri itkin düşüb.

Xeberaz.az -ın APA-ya istinadən verdiyi məlumata görə, Yoşkar Ola meri Pavel Plotnikovun itkin düşməsi barədə polisə həyat yoldaşı bildirib.

O, ötən gecə polis bölməsinə gələrək, həyat yoldaşının sonuncu dəfə Yoşkar Oladakı İnşaatçılar küçəsinə getdiyini, ondan sonra barəsində heç bir məlumata ala bilmədiyini bildirib.

Hazırda şəhərin bütün post-patrul, dövlət avtonəqliyyat və xüsusi mühafizə xidmətinin əməkdaşları merin axtarışlarına cəlb olunub.
Geri dön