Ana Sayfa > Karusel / Siyasət / M2 > Ukraynanın yeni baş naziri bəlli olub

Ukraynanın yeni baş naziri bəlli olub


14-04-2016, 13:33. Yazar: Xeberaz
Ukraynanın yeni baş naziri bəlli olub

Ukrayna Ali Radası Arseni Yatsenyukun baş nazir vəzifəsindən istefasını qəbul edib və Vladimir Qroysmanın bu posta təyin olunmasına razılıq verib.
APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, Ali Rada bu gün V. Qroysmanın namizədliyini 257 səslə təsdiqləyib.
Xatırladaq ki, yeni baş nazir bundan əvvəl parlamentin sədri idi. 1978-ci il təvəllüdlü Vladimir Qroysman Ukraynanın tarixində ən gənc hökumət başçısıdır.
Geri dön