Ana Sayfa > Karusel / İdman / M2 > “Ölkə başçısı dedi ki...” - Millimizin baş məşqçisi
“Ölkə başçısı dedi ki...” - Millimizin baş məşqçisi13-04-2016, 15:05. Yazar: Xeberaz |
Bu gün Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənovun mətbuat konfransı keçirilib. "Xəbəraz.az " futbolinfo.az-a istinadən xəbər verir ki, o, 5-21 mayda Bakıda keçiriləcək Avropa çempionatından danışıb: - Millimiz ilk dəfə AÇ-nin final mərhələsində oynayır. Dünəndən burada təlim-məşq toplanışına yığışmışıq. U-19-la bu gün yoxlama oyunumuz olacaq. Ayın 18-dən komanda Avropa çempionatına hazırlaşacaq. Futbolçularla da danışmışıq. Qitə birinciliyinə ən yaxşı formada köklənməliyik. Ola bilər ki, ayın 29-30-da buraya gələn yığmalardan biri ilə yoxlama oyunu keçirək. - Yeni futbolçular çağıracaqsız? - Ola bilər ki, 3 yeni futbolçu olsun. Bunlar ayın 30-na kimi müəyyənləşəcək. Bəzi futbolçular var ki, idman formasından uzaqdılar. Təbii ki, onlar 18-liyə düşməyəcəklər. Eləcə də yeni gələnlər formada olmasa, qayıdacaqlar. - Hansısa yeni oyun üslubunuz olacaq? - Portuqaliyaya qarşı tam başqa üslubda oynayacağıq, eləcə də Belçikaya qarşı. Onu deyə bilərəm ki, Portuqaliyaya qarşı açıq futbol oynamayacağıq. - Yığmamızın şansını necə dəyərləndirirsiz? - Ola bilər Portuqaliya güclü olsun, amma biz də çalışacağıq. Bilirsiniz ki, normalda qrupdan 6 xalla çıxmaq olur, lakin 4 xalla da bunu etmək mümkündü. - Sizcə, AÇ-də favoritlər kimlərdi? - Almaniya, Portuqaliya, Fransa, İngiltərə. Bu komandaları favorit sayıram. - Şükür Həsənov əvvəl yığmamıza çağırılmışdı, indi toplanışda iştirak etmir. Onun çıxışı sizi qane etmədi? - Bəli, qane etmədi. Dedim ki, yaxşı çalış. Mən, yaxud başqası olar, səni gələcəkdə milliyə çağırar. - Portuqaliya ilə bağlı futbolçularınız üzərindən psixoloji gərginliyi götürmək üçün hansı işlər görəcəksiz? - Ən yaxşı psixoloq elə məşqçinin özüdü. Amma lazım gələrsə, psixoloq da çağıracağıq. Futbolçularla görüşdə onlarda həyəcan görmədim - Bu vacib oyunlar öncəsi komandanızda əsas problemlər nədi? - "Qarabağ"ın qapıçısı Məhəmməd Hüseynov 4 aydı məşq etmir. "Beşiktaş"dan Hüseyin Seyliqli var. Əzələsini dartıb. Onunla bağlı məlumat verəcəklər. Elçin Əsədovla bağlı problemlər var. Bu iki stopper və qapçı məsələsini problem saymaq olar. - Ölkə başçısı ilə görüşdə hədəflər barədə nə danışdız? - Ölkə başçısı ilə hədəflərdən danışmadıq. Hazırlıq barədə soruşdu. Bizə dedi ki, gələn komandalar çox güclüdü. Bu da göstərir ki, o, futbolla yaxından maraqlanır. - İdman camiəsindən dəstək görürsüz? - Sizdən də xahiş edirəm ki, komandaya dəstək olun. Onlar da oyuna yaxşı köklənsinlər. Çox istərdim ki, bu barədə sizdən də dəstək görək. - Millimizin sabiq forvardı Rüfət Dadaşovun kiçik qardaşı vaxtilə Azərbaycan yığmasına dəvət aldığı halda, indi Almaniya millisini seçib... - O, Almaniyada yaşayıb. Bizim də dəvətimizi qəbul etdi. Lakin sonra Almaniya yığmasını seçdi. Oyunu da məni qane edirdi. Çox istərdik ki, bizimlə oynasın. Lakin belə seçim edibsə, nə etmək olar? - Belə çempionatlarda yeni ulduz futbolçular çıxa bilər. Komandanızda gələcəyin ulduzu olaraq gördüyünüz kimsə var? - Bilsəm də, bunu açıqlamaq istəmirəm. Belə vacib oyunlar öncəsi bundan danışmasaq, daha yaxşı olar. Geri dön |