Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda dəhşətli- hadisə-Hamilə qadını döyüb uşağını öldürdülər

Bakıda dəhşətli- hadisə-Hamilə qadını döyüb uşağını öldürdülər


13-04-2016, 14:43. Yazar: Xeberaz
Bakıda dəhşətli- hadisə-Hamilə qadını döyüb uşağını öldürdülər
Araşdırma aparılır.

Bakı sakini qohumu tərəfindən döyülməsi ilə bağlı polisə müraciət edib.

"Xəbəraz.az " xəbər verir ki, Lent.az-ın məlumatına görə, Xətai rayon Tağızadə küçəsində yaşayan 1994-cü il təvəllüdlü Gülnar Salamova (ad və soyadlar şərtidir) dünən axşam saatlarında yaşadığı evdə qaynı, 1988-ci il təvəllüdlü Elton Salamov tərəfindən döyüldüyünü bildirib.

22 yaşlı qadın qeyd edib ki, döyülmə nəticəsində bətnindəki 7 həftəlik cinsiyyəti məlum olmayan döl ölüb.

Müraciət əsasında araşdırma aparılır.
Geri dön