Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > "Qazprom" türk şirkətləri ilə razılığa gəldi

"Qazprom" türk şirkətləri ilə razılığa gəldi


13-04-2016, 12:50. Yazar: Xeberaz
"Qazprom" türk şirkətləri ilə razılığa gəldi

“Qazprom” və Türkiyənin özəl şirkətləri Rusiya qazının qiyməti ilə bağlı bütün mübahisəli məsələləri yoluna qoyublar.

Avropa.info xəbər verir ki, məlumatı “RİA Novosti” danışıqlarda iştirak edən mənbə verib. Danışıq tərəfləri arasında razılıq əldə olunub və yaxın zamanda ictimaiyyətə açıqlanacaq.

“Qazprom” Türkiyənin dövlət qaz şirkəti “Botas”dan əlavə “Enerco Enerji”, “Avrasya gaz”, “Akfel gas”, “Bosphorus gas”, “Shell Turkey”, “Bati Hatti” və “Kibar Enerji” kimi özəl şirkətlərə qaz satır.

2015-ci ilin aprel ayının sonunda “Qazprom” bu şirkətlərlə qaz endirimi barədə razılığa gəlmişdi. Türk şirkətlərə rus qazı 10,25% güzəştlə satılacaqdı.

Ancaq 2016-cı ilin martın əvvəlində “Enerco Enerji” bəyan etmişdi ki, “Qazprom eksport” türk alıcılar üçün qazın qiymətini qaldırır.

Qeyd edək ki. Türkiyə dövləti rus qazını Qara dənizin dibi ilə keçən “Mavi axın” kəməri ilə alırsa, özəl türk şirkətləri isə qazı Transbalkan kəməri ilə alır.

Geri dön