Ana Sayfa > Karusel / Gündəm / M2 > 17 yaşlı qızın intiharının səbəbi məlum oldu

17 yaşlı qızın intiharının səbəbi məlum oldu


13-04-2016, 12:06. Yazar: Xeberaz
17 yaşlı qızın intiharının səbəbi məlum oldu

Sabirabadda ötən gün (12 aprel) baş verən intihar hadisəsi ilə bağlı musavat.com-a yeni məlumat daxil olub.

Əldə etdiyimiz məlumata görə, rayonun Qalağayın kənd sakini 17 yaşlı Hacıxanım Mehdizadə Mustafa qızı sınaq imtahanından 100 bal yığdığına görə intihar edib. Məlumata görə, sınaqdan az bal yığmasından sonra anası onu bu səbəbdən danlayıb. Daha sonra isə H. Mehdizadənin asılmış vəziyyətdə olan meyiti damlarından tapılıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Geri dön