Ana Sayfa > Karusel / M2 > Sabah 24 dərəcəyədək isti olacaq
Sabah 24 dərəcəyədək isti olacaq12-04-2016, 12:35. Yazar: Vusale |
Aprelin 13-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, lakin gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 17-22, Bakıda gecə 10-12, gündüz 19-21 dərəcə isti olacaq. Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacağı, şim.ək çaxacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 13-18 dərəcə isti olacaq. Geri dön |