Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Neftin qiyməti 43 dollara yaxınlaşır

Neftin qiyməti 43 dollara yaxınlaşır


11-04-2016, 19:55. Yazar: Vusale
Neftin qiyməti 43 dollara yaxınlaşır

Bu gün dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edib. Belə ki, axşam saatlarında Brent markalı neftin 1 barrelinin qiyməti 42,92 dollara çatıb və sonradan bir az aşağı düşüb.

Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-da dünya birjalarında Brent markalı neftin may fyuçersinin 1 barreli 42,52 dollara satılıb.

Bu göstərici cümə gününün sonunda qeydə alınmış rəqəmdən 0,58 dollar, yaxud 1,38% çoxdur.
Geri dön