Ana Sayfa > Karusel / Dünya / M2 > ​İŞİD Türkiyə ilə sərhəddə Suriyanın iki kəndinə nəzarəti ələ keçirib

​İŞİD Türkiyə ilə sərhəddə Suriyanın iki kəndinə nəzarəti ələ keçirib


11-04-2016, 12:22. Yazar: Vusale
​İŞİD Türkiyə ilə sərhəddə Suriyanın iki kəndinə nəzarəti ələ keçirib

Terrorçu İŞİD qruplaşması Suriyanın Türkiyə ilə sərhədində yerləşən Şeyx Reh və əl-Bal kəndlərində nəzarəti ələ keçirib.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə Evi məlumat yayıb.

Dünən isə terrorçular müxalifətin nəzarət etdiyi Əl-Ray (Çobanbəy) qəsəbəsini yenidən ələ keçirib. Bu qəsəbədə əsasən türkmənlər yaşayır.

Türkiyənin dəstəklədiyi müxalifət aprelin 7-də Əl-Ray qəsəbəsini terrorçulardan azad etmişdi. Şeyx Reh və əl-Bal kəndləri bu qəsəbəyə yaxın ərazidə yerləşir.

Müşahidə evi bunu son bir ildə İŞİD-in "ən vəhşi hücum"u adlandırıb.
Geri dön