Ana Sayfa > Karusel / Hadisə / Fotogalereya > Arvadını döyən kişi polisləri də döydü

Arvadını döyən kişi polisləri də döydü


18-04-2015, 13:00. Yazar: Xeberaz
Arvadını döyən kişi polisləri də döydü
Bir neçə gün öncə Bakıda həyat yoldaşını döyən ər haqda polisə şikayət olunub.
Xeberaz.az “Qafqazinfo”nun verdiyi xəbərə görə xəbər verir ki, aprelin 13-də saat 01 radələrində Bakıxanov qəsəbəsində 35 yaşlı Bilal Əsgərov həyat yoldaşı Yeganə Vəli qızını döyüb.

Məsələ ilə bağlı B.Əsgərov Polis Bölməsinə dəvət edilib. O, bölməyə gələrək oradakı polis əməkdaşlarını da döyüb, onları təhqir edib. Sonra isə Növbətçi Hissənin şüşəsini sındırıb.
Geri dön