Ana Sayfa > Karusel / M2 > Nobel prospektində yeni yeraltı piyada keçidi tikilir

Nobel prospektində yeni yeraltı piyada keçidi tikilir


10-04-2016, 19:32. Yazar: Vusale
Nobel prospektində yeni yeraltı piyada keçidi tikilir

"Bakı Ağ Şəhər" layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni yeraltı piyada keçidinin tikinti işləri aparılır.

ASC-nin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, yeraltı piyada keçidinin 4 çıxışı var. Keçidin uzunluğu 280 metr, qalereyasının eni 8 metr, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 8 ədəd eskalatorla təmin olunacaq. Beləliklə, vətəndaşların "Bakı Ağ Şəhər"dən birbaşa Dənizkənarı Bulvar ərazisinə və əksinə təhlükəsiz keçidi təmin ediləcək.

Yeraltı piyada keçidinin giriş hissələrinin tikintisi demək olar ki, yekunlaşıb. Hazırda keçidin Nobel prospektinin altından keçən hissəsinin inşası aparılır.

Qeyd edək ki, "Bakı Ağ Şəhər" layihəsi çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Xaqani Rüstəmov küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri də həyata keçirilir. Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirəcək küçənin yenidən qurulması layihəsi çərçivəsində bu cür daha bir keçidin inşası Süleyman Vəzirov küçəsi ilə kəsişmədə də aparılacaq.
Geri dön