Ana Sayfa > Karusel / Hadisə / M2 > Ucarda ağır qəza: 4 nəfər yaralanaıb

Ucarda ağır qəza: 4 nəfər yaralanaıb


10-04-2016, 16:28. Yazar: Vusale
Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün gündüz saatlarında Ucar-Zərdab yolunun 11-ci km-də, Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

Oğuz rayon sakini, 1955-cü il təvəllüdlü İbrahimov Cəbrayıl Mikayıl oğlunun idarə etdiyi “Opel” markalı minik maşını ilə Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Taleh Faiq oğlunun idarə etdiyi “Mercedes” markalı maşın toqquşub. Nəticədə hər iki maşın yararsız hala düşüb. Hər iki sürücü, və sərnişinlər - 1961-ci il təvəllüdlü İbrahimova Zərifə Rüstəm qızı ilə 1989-cu il təvəllüdlü Dəmirova Gülara Cəbrayıl qızı xəsarət alıblar. Xəsarət alanlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət və “Mercedes” markalı maşının ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır
Ucarda ağır qəza: 4 nəfər yaralanaıb

Ucarda ağır qəza: 4 nəfər yaralanaıb

Ucarda ağır qəza: 4 nəfər yaralanaıb

Ucarda ağır qəza: 4 nəfər yaralanaıb
Geri dön