Ana Sayfa > Karusel / Gündəm / M2 > İrandan növbəti Qarabağ çağırışı

İrandan növbəti Qarabağ çağırışı


10-04-2016, 14:54. Yazar: Vusale

İrandan növbəti Qarabağ çağırışı
Əgər Dağlıq Qarabağ münaqişəsinin tərəfləri istəsə, İran regionda əmin-amanlığın bərpası üçün kömək etməyə hazırdır.

Trend-in verdiyi məlumata əsasən, bunu Zərif Tehranda eston həmkarı Marina Kalyurand ilə birgə mətbuat konfransında bildirib.

İranın regionda yeni münaqişələrinin qarşısının alınmasının tərəfdaşı olduğunu deyən Zərif qeyd edib ki, ölkə həm də mövcud konfliktlərin dayandırılmasını alqışlayır.

XİN başçısı əlavə edib ki, İran rəsmiləri, prezident Həsən Ruhani daxil olmaqla, Azərbaycan və Ermənistan hakimiyyətləri ilə Qafqaz regionunda son hərbi əməliyyatlarla bağlı danışıqlar keçiriblər.
Geri dön