Ana Sayfa > Karusel / İdman / M2 > Qriqorçuk: "Futbol həyatımda belə hakimlik görməmişəm"

Qriqorçuk: "Futbol həyatımda belə hakimlik görməmişəm"


9-04-2016, 19:41. Yazar: Vusale
Qriqorçuk: "Futbol həyatımda belə hakimlik görməmişəm"

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 29-cu turunda səfərdə "Sumqayıt"la 1:1 bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, ukraynalı mütəxəssis matçın hakim idarəçiliyindən gileylənib.

- Qələbə qazana bilməməyinizin əsas səbəbini nədə görürsünüz?

- Bu gün komandamız qələbəyə yaxın idi. Bütün oyunçularımızın üzündə göz yaşı var. Futbol həyatımda belə hakimlik görməmişəm.

- Yəni qələbə qazana bilməməyinizi hakimin yanlış qərarı ilə əlaqələndirirsiniz...

- İlk növbədə bu sualları özümə verirəm. Anlaşılmayan vəziyyətdir və bunu özüm başa düşməyə çalışıram. Hakim səhvləri yalnız bizə qarşı olur. Buna görə çox məyusuq.

- Əvəzedici komandadan Ehtiram Şahverdiyevi əsas komandaya cəlb etmisiniz. Onu növbəti turlarda meydanda görəcəyik?

- Əvəzedici heyətdən belə futbolçuları əsas komandaya cəlb etmişik. Ehtiram bizim əsas komandamızda bir neçə məşqdə iştirak edir. Yüksək səviyyədə çalışır. Bu gün onu oyuna buraxa bilərdim.

- Ruslan Abışovla aranızda problem yarandığı bildirilir. Bu nə dərəcədə doğru məlumatdır?

- Onu deyə bilərəm ki, Ruslanla aramda heç ir problem yoxdur. Sadəcə, bu gün tam formada olan futbolçuları meydana buraxdım.

- Pavel Paşayevin oynamamasının səbəbi nədir?

- Oyunun gedişində Paşayevi meydana buraxmağı lazım bilmədim. Pavel istənilən vaxtda meydana daxil ola bilər. Onun hər an oynamaq ehtimalı var.




Geri dön