Ana Sayfa > Karusel / İdman / M2 / Xəbəraz TV > Zabit Səmədov Dubayda Stiv Makkinnona qalib gəldi – VİDEO

Zabit Səmədov Dubayda Stiv Makkinnona qalib gəldi – VİDEO


18-04-2015, 12:45. Yazar: Xeberaz
Zabit Səmədov Dubayda Stiv Makkinnona qalib gəldi – VİDEO
Və 1 milyon qazandı.

Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti döyüşünü keçirib.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, o, Dubayda keçirilən Global Fighting Championship 4 Man Heavyweight Tournament döyüşünün yarımfinalında iştirak edib.

Zabitin rəqibi 38 yaşlı avstraliyalı Stiv Makkinnon olub.

Makkinnon keçirdiyi 52 döyüşdən 45-də qələbə qazanıb (40-ı nokautla) və 7 dəfə məğlubiyyətə uğramışdı.

İndi isə Makkinnonun artıq 8 məğlubiyyəti var, çünki döyüşdə hakimlərin qərarı ilə Səmədov qalib gəlib (video aşağıda).

30 yaşlı azərbaycanlı döyüşçünün aktivində artıq 83 görüş var və o, həmin döyüşlərdən 73-də qələbə qazanıb (35-i nokautla).

Zabit qələbəsinə görə 1 milyon dirhəm pul mükafatı (təxminən 272 min ABŞ dolları) alıb.

Final dekabrda baş tutacaq. Onun qalibi 1 milyon dollar alacaq.
[media=https://youtu.be/r2ANliSSy10]
Geri dön