Ana Sayfa > Karusel / Gündəm / M2 > Ermənilər döyüş meydanından çıxardıqları meyitlərin bir hissəsini açıqladı

Ermənilər döyüş meydanından çıxardıqları meyitlərin bir hissəsini açıqladı


9-04-2016, 14:31. Yazar: Vusale
Ermənilər döyüş meydanından çıxardıqları meyitlərin bir hissəsini açıqladı

Aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı qarşıdurma zamanı döyüş meydanında qalan hərbçilərin meyitlərinin götürülməsi prosesi başa çatıb.

APA TV-nin məlumatına görə, düşmən tərəf həmin ərazilərdən 5 hərbçisinin meyitini çıxardığını açıqlayıb.

Erməni mətbuatı onlardan ikisinin - 1996-cı il təvəllüdlü kiçik serjant Robert Abacyan, digəri 1996-cı il təvəllüdlü əsgər Andranik Zöhrabyan olduğunu təsdiqləyib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan isə öz "Facebook" səhifəsində daha üç hərbçinin meyitinin götürüldüyünü bildirib və onların fotolarını paylaşıb. Bunlar 1991-ci il təvəllüdlü leytenant Qraç Qalstyan, 1996-cı ildə doğulmuş əsgər Gevork Vardanyan və 1996-cı ildə anadan olan Tiqran Abqaryandır. Onların hər üçü Ermənistanın Gümrü şəhərindəndir.

Erməni mətbuatında döyüş meydanından meyitlərin götürülməsi prosesi zamanı Azərbaycan tərəfinin atəşkəsə əməl etdiyi təsdiqlənib.
Geri dön