Ana Sayfa > Karusel / M2 > Nazirlik qəzalarla bağlı REYDLƏRƏ BAŞLADI

Nazirlik qəzalarla bağlı REYDLƏRƏ BAŞLADI


8-04-2016, 14:52. Yazar: Xeberaz
Nazirlik qəzalarla bağlı REYDLƏRƏ BAŞLADI

Uzun müddətdir ki, paytaxt ərazisində baş verən avtobus qəzalarının sayı artıb. Bu gün Nizami rayonu ərazisində baş verən avtobus qəzası və hadisə nəticəsində xəsarət alanların olması dediklərimizi bir daha təsdiqləyir.

Məsələ ilə bağlı Modern.az saytına danışan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin səbəblərinin araşdırıldığını bildirib:

“Qəzanın səbəbləri araşdırılır. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək.

Sürücülərin və müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olanların məlumatlandırılmasına gəldikdə isə Bakı Nəqliyyat Agentliyi qısa müddət əvvəl onlara qanunvericiliyin tələblərinə riayət etmələrilə bağlı xəbərdarlıq edib.

Aprel, may aylarında bütün daşıyıcılar üzrə reyd və yoxlamalar daha intensiv şəkildə aparılacaq.

Yoxlamalara bariz nümunə olaraq 63 saylı avtobus marşrtunun ləğv edilməsini göstərmək olar. Bu xətdən dəfələrlə şikayətlər daxil olduğu üçün həmin marşrutun fəaliyyəti dayandırılıb”.

Qurum rəsmisi 63 saylı avtobus marşrutunun aprelin 1-dən etibarən ləğvi barədə qərarın icra olunmamasına da münasibət bildirib:

“Bəli, hazırda marşrut işləyir, amma yaxın günlərdə tamamilə yığışdırılacaq. Hələlik istifadəsinə icazə verilməsinə səbəb sərnişinlərin adaptasiyasının nəzərə alınmasıdır. Hazırda 63 saytı marşrut xəttini əvəzləyən BakuBus MMC-nin 3 saylı xəttidir”.
Geri dön