Ana Sayfa > Karusel / Dünya / M2 > MDB XİN rəhbərlərinin görüşü başladı - Foto

MDB XİN rəhbərlərinin görüşü başladı - Foto


8-04-2016, 13:31. Yazar: Xeberaz
Müstəqil Dövlət Birliyinin xarici işlər nazirlərinin Moskva görüşü start götürüb.

Axar.az xəbər verir ki, bunu öz Feysbuk səhifəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yayıb. O, görüşdə yalnız Moldova xarici işlər nazirinin iştirak etmədiyini bildirib. Ukraynanı isə burada ənənəvi olaraq, nazir yerinə Moskvadakı səfiri təmsil edib.

Qeyd edək ki, görüşdə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov da iştirak edir.

Görüşdən sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistandan olan həmkarı ilə görüşəcək.

MDB XİN rəhbərlərinin görüşü başladı - Foto
Geri dön