Ana Sayfa > Karusel / M2 > Qarabağ əlillərinə ev verildi

Qarabağ əlillərinə ev verildi


7-04-2016, 18:41. Yazar: Vusale
Qarabağ əlillərinə ev verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Füzuli rayonunda Qarabağ müharibəsi əlillərinə ev verib.

Bu barədə virtualaz.org saytına nazirliyin mətbuat katibi Elman Babayev məlumat verib.

Bildirilib ki, Füzuli rayonunun Horadiz şəhərində Qarabağ müharibəsi əlillərinə ev verilib. Səlim Müslümov qeyd edib ki, şəhid ailələri və müharibə əlillərinin evlə təminatı üçün tədbirlər həyata keçirilir. Ötən il 281, bu ilin ötən dövründə isə 100 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib. “Hazırda Fizulidə daha 4 ədəd fərdi yaşayış evində inşaat işləri tamamlanmaq üzrədir”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, indiyədək 5330 əlil və şəhid ailəsi mənzillə təmin edilib. 1933 əlilə isə “Naz-LİFAN” markalı minik avtomobili verilib
Geri dön