Ana Sayfa > Karusel / İdman / Foto-fakt > Futbol azarkeşləri əsgərlərə dəstək oldu - FOTO

Futbol azarkeşləri əsgərlərə dəstək oldu - FOTO


6-04-2016, 15:05. Yazar: Xeberaz
Futbol azarkeşləri əsgərlərə dəstək oldu - FOTO
Aksiyaya 2000-dən çox azarkeş qoşulub.

Bu gün metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında futbol komandalarının fan-klublarının iştirakı ilə son günlər cəbhə xəttində şəhid olanların ruhuna ehtiram və Azərbaycan ordusuna dəstək məqsədilə aksiyası keçirilib.

"Xəbəraz.az " xəbər verir ki, “Report”un məlumatına görə, aksiyaya 2 mindən artıq azarkeş qoşulub.

Birlik nümayiş etdirənlər sırasında “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Bakı” azarkeşləri və Azərbaycan komandalarını avrokuboklarda dəstəkləyən fan-klublar yer alıb. Aksiya dövlət himninin səsləndirilməsi ilə başlayıb. Müxtəlif şüarlar səsləndirən azarkeşlər Şəhidlər xiyabanına üz tutublar.

Futbol azarkeşləri əsgərlərə dəstək oldu - FOTO
Futbol azarkeşləri əsgərlərə dəstək oldu - FOTO
Futbol azarkeşləri əsgərlərə dəstək oldu - FOTO
Geri dön