Ana Sayfa > Karusel / Gündəm / Müsahibə > Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi təşkil olunacaq

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi təşkil olunacaq


18-04-2015, 02:28. Yazar: Xeberaz
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi təşkil olunacaq

2015-ci ilin 21-22 aprel tarixində Parisdə keçiriləcək YUNESKO İcraiyyə Şurasının plenar sessiyası çərçivəsində cari ilin may ayında Bakıda keçiriləcək “Müştərək təhlükəsizliyimiz naminə mədəniyyətləri paylaşaq” devizi altında 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi təşkil olunacaq və film nümayiş ediləcək.


Xeberaz.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumatına görə, sessiyada YUNESKO-nun baş direktoru İrina Bokova, YUNESKO Baş konfransı və İcraiyyə Şurasının prezidentləri və YUNESKO-ya üzv ölkələrin səfirlərinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində “Bakı prosesi” barədə xüsusi sərgi təşkil olunacaq, eyni zamanda, Azərbaycanın mədəniyyət və turizm imkanları nümayiş etdiriləcək.
Geri dön