Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > 27-28 mayda Bakıda IV Milli Marketinq Forumu keçiriləcək
27-28 mayda Bakıda IV Milli Marketinq Forumu keçiriləcək6-04-2016, 14:14. Yazar: Xeberaz |
30 nəfərədək spikerin olması planlaşdırılıb. 27-28 may tarixlərində “Cinema Plus” kinoteatrında yerli marketoloqların 4-cü forumu keçiriləcək. Forumun məqsədi ölkənin marketinq sahəsinin inkişafına dəstək olmaq, trendləri araşdırmaq və praktiki problemlərin həllini tapmaqdır. Milli Marketinq Forumu Marketing AİR, Facemark.az və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan Facemark.tv komandası, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə səyi nəticəsində illik olaraq keçirilir. Bu il keçən ilk forumdan fərqli olaraq 6 panel və hər paneldə ən az 4 spiker olmaqla, toplam 30 nəfərədək spikerin olması planlaşdırılıb. Forumda böhran dövründə marketinq strategiyası, Rəqəmsal marketinq, Marketinq kommunikasiyaları, Şəxsi brendinq, Bloqçuluq və rəy liderliyi, Milli Keyslər kimi panellər olacaqdır ki, bütün panellər üzrə ana istiqamət “Böhrandan yeni dövrana” seçilmişdir. Foruma biletlər “Cinema Plus” kinoteatrının kassalarında 6 apreldən etibarən satışda olacaqdır. Biletləri “Cinema Plus”ın kassalarından, forumun saytında və Facebook səhifəsində onlayn sifariş göndərməklə əldə edə bilərsiniz. Çatdırılma pulsuzdur. Biletin qiyməti 30 AZN-dir. IV Milli Marketinq Forumunun keçirilməsinə dəstək olan tərəfdaşlarımız: Təşkilatçı: Marketinq Azərbaycan Kreativ tərəfdaş: McCann Baku İnformasiya tərəfdaşı: Oxu.Az и 107.7 Avto FM Texniki dəstək: Azərizone Çap və Promo dəstəyi: Antaris Dəstəkçilər: Facemark.az, FMR TV, Marketing AİR, New Media, Admedia, VITAM, Times Consulting, Innab Daha ətraflı: Millimarketinqforumu.com Facebook.com/millimarketinqforumu Geri dön |