Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > “Şahdəniz”də 7 quyu qazıldı

“Şahdəniz”də 7 quyu qazıldı


18-04-2015, 01:57. Yazar: Xeberaz
“Şahdəniz”də 7 quyu qazıldı
“Şahdəniz” qaz-kondensat yatağı ərazisində yeni quyunun qazılması işlərinə başlanıb.

Xeberaz.az Trend-ə istinadən xəbər verir ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində SDD-04 quyusunun qazılmasına başlanılıb: “Qazıntı işləri “Heydər Əliyev” platformasından həyata keçirilir. SDD-04 quyusunun layihə dərinliyi 6300 metr təşkil edir”.

Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsi üzrə qabaqlayıcı qazma işləri çərçivəsində artıq 7 quyu qazılıb, SDC-04 və SDD-04 quyularında işlərin başa çatmasından sonra isə qazılmış quyuların sayı 9-a çatacaq.
Geri dön