Ana Sayfa > Karusel / Siyasət / M2 > Araz Əzimov: Atəşkəs böyük əhəmiyyət kəsb edir

Araz Əzimov: Atəşkəs böyük əhəmiyyət kəsb edir


4-04-2016, 22:25. Yazar: Xeberaz
Araz Əzimov: Atəşkəs böyük əhəmiyyət kəsb edir
“Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər”.

Xarici işlər nazirinin müavini Araz Əzimov aprelin 4-də ATƏT iştirakçı dövlətlərinin Azərbaycandakı səfirlərini qəbul etdi və işğal edilmiş Azərbaycan əraziləri ətrafında Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca 2 aprel tarixindən etibarən gərginləşmiş vəziyyət ətrafında söhbət apardı.

Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həlli yolunda atəşkəsin böyük əhəmiyyət kəsb etdiyini vurğulayan A. Əzimov qeyd edib ki, Ermənistan davamlı olaraq, atəşkəsi pozaraq diqqəti sülh prosesinin substantiv məsələlərindən yayındırmağa və beləliklə, status-kvonu uzatmağa çalışır.

Nazir müavini Ermənistanın bu provokasiyalarının adətən sülh prosesində müsbət dinamika yarandığı zamanlara təsadüf etməsinə diqqəti yönəltdi.

Nazir müavini atəşkəs və nəticəyönümlü sülh prosesinin dərhal bərpa olunmasının əhəmiyyətini vurğuladı.

Azərbaycan rəsmisi bu müstəvidə Azərbaycan tərəfinin birtərəfli atəşkəs elan etdiyini xatırlatdı.

O, münaqişənin yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilə biləcəyini vurğuladı.
Geri dön