Ana Sayfa > Karusel / Hadisə / M2 > Canavarlar bu gecə yenə tövlələrə hücum çəkdilər - Göyçayda

Canavarlar bu gecə yenə tövlələrə hücum çəkdilər - Göyçayda


4-04-2016, 15:50. Yazar: Xeberaz
Canavarlar bu gecə yenə tövlələrə hücum çəkdilər - Göyçayda

Göyçay rayonunda canavarlar 15 baş qoyunu parçalayıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini Sarvan Kərimova məxsus qoyunlar canavar hücumuna məruz qalıb. Vəhşilər 8 baş qoyunu parçalayaraq öldürüb, 7 baş qoyuna isə ağır xəsarət yetiriblər.

Ev sahibi yatmış olduğundan hadisədən gec xəbər tutub. Yaralı qoyunlar baytar həkimlərin nəzarətinə götürülüb.

Ölən qoyunlar dezinfeksiya edilərək basdırılacaq.

Qeyd edək ki, son bir ayda canavarlar Bığır, Yalman və Ləkçiplaq kəndlərində ayrı-ayrı şəxslərə məxsus 81 baş qoyunu parçalayıb.
Geri dön