Ana Sayfa > Karusel / Gündəm / M2 > Gürcüstanın XİN rəhbəri Qarabağdakı vəziyyətlə əlaqədar Polşaya səfərini təxirə salıb

Gürcüstanın XİN rəhbəri Qarabağdakı vəziyyətlə əlaqədar Polşaya səfərini təxirə salıb


4-04-2016, 14:02. Yazar: Xeberaz
Gürcüstanın XİN rəhbəri Qarabağdakı vəziyyətlə əlaqədar Polşaya səfərini təxirə salıb

Gürcüstanın xarici işlər naziri Mixael Canelidze Qafqazda hərbi-siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar Polşaya planlaşdırılan səfərini təxirə salıb.

APA-nın “vestikavkaza.ru” ya istinadən verdiyi xəbərə görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd edək ki, M. Canelidzenin polşalı həmkarı Vitold Vaşikovski ilə görüşü nəzərdə tutulmuşdu.
Geri dön