Ana Sayfa > Karusel / Gündəm / M2 > “Rusiya sülhün bərpa olunmasında maraqlıdır”

“Rusiya sülhün bərpa olunmasında maraqlıdır”


4-04-2016, 13:02. Yazar: Xeberaz
“Rusiya sülhün bərpa olunmasında maraqlıdır”

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolu dialoq və kompromisdən keçir.

APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin deyib.

O bildirib ki, sülhün bərpa olunması yolu hər zaman və hər yerdə dialoq və kompromisdən keçir:

“Bu dialoq və kompromisi hər iki tərəflə daim axtarmaq lazımdı”.

S. Narışkin Rusiyanın bu çətin və ağır münaqişə boyu Minsk Qrupunda münaqişənin həllinə cəhd etmək üçün intensiv iş apardığını və bundan sonra da aparacağını söyləyib:

“Deməliyəm ki, Rusiya Cənubi Qafqazda sülhün bərpa olunmasında digər ölkələrdən daha çox maraqlıdır".
Geri dön