Ana Sayfa > Karusel / Gündəm / M2 > İrandan Qarabağ bəyanatı: "Narahatıq"

İrandan Qarabağ bəyanatı: "Narahatıq"


4-04-2016, 12:47. Yazar: Xeberaz
İrandan Qarabağ bəyanatı: "Narahatıq"

İran XİN-nin xüsusi nümayəndəsi Hüseyn Cabir Ənsari Qarabağ münaqişəsinin gəriginləşməsi ilə bağlı rəsmi Tehranın dərin narahatlıq keçirdiyini bildirib.

"Xəbəraz.az " xəbər verir ki, iranlı diplomat Azərbaycan və ermənistanın dərhal hərbi əməliyyatları dayandırmağa, münaqişənin sülh yolu ilə tənzimlənməsinə çağırıb.

“Biz Azərbaycan və Ermənistanı toqquşmaları dərhal dayandırmağa və BMT-nin Təhlükəsizlik Şurası və sülh dəstəkləyən təşkilatlar vasitəsilə sülhün nizamlanması prosesinə qayıtmaq üçün əldə olan bütün vasitələrdən istifadə etməyə çağırırıq” – Ənsari belə deyib.

İran XİN-i şimal qonşularına vəziyyəti gərginləşdirə biləcək hər hansı addımlardan çəkinməyə çağırıb.
Geri dön