Ana Sayfa > Karusel / Siyasət / M2 > “Putin NATO”sunun rəhbəri: münaqişənin hərbi həlli yoxdur

“Putin NATO”sunun rəhbəri: münaqişənin hərbi həlli yoxdur


3-04-2016, 22:38. Yazar: Xeberaz
“Putin NATO”sunun rəhbəri: münaqişənin hərbi həlli yoxdur
“Münaqişənin hərbi həlli yoxdur”.

Dağlıq Qarabağ ətrafında münaqişə yalnız siyasi yolla, mövcud və səlahiyyətli beynəlxalq mexanizmlər çərçivəsində nizamlana bilər, münaqişənin hərbi həlli yoxdur.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Nikolay Bordyujanın adından yayılan bəyanatda bildirilir.

“KTMT katibliyi təmas xəttində yaranmış vəziyyəti diqqətlə izləyir. KTMT-yə üzv dövlətlərin bu məsələ ilə bağlı mövqeyi dəfələrlə açıqlanıb – atəşin dayandırılması və Dağlıq Qarabağ münaqişəsinin dinc həlli, onun davam etməsi isə bütün Qafqaz regionunda sabitliyin pozulmasına gətirə bilər. Aydın olan budur ki, hamıya yalnız sülh lazımdır”, - deyə, təşkilatın Baş katibi bildirib.
Geri dön