Ana Sayfa > Karusel / Dünya / M2 > Astanadan Qarabağ çağırışı

Astanadan Qarabağ çağırışı


3-04-2016, 19:48. Yazar: Xeberaz
Astanadan Qarabağ çağırışı

Astana Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs haqqında razılığa riayət etməyə və ciddi təmkin nümayiş etdirməyə çağırıb.

Bu haqda məlumatı Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi saytı yayıb.

Xatırladaq ki, aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri müxtəlif istiqamətlərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçmiş və yaşayış məntəqələrimizi atəşə tutub. Bu təxribat xarakterli hücumların nəticəsində hərbi qulluqçularımız qəhrəmancasına həlak olub. Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdən əks hücuma keçərək düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurub.
Geri dön