Ana Sayfa > Karusel / Hadisə / M2 > Türkmənistanda neftçi olduğu ehtimal edilən meyit tapılıb

Türkmənistanda neftçi olduğu ehtimal edilən meyit tapılıb


3-04-2016, 13:10. Yazar: Xeberaz
Türkmənistanda neftçi olduğu ehtimal edilən meyit tapılıb
Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.

"Xəbəraz.az " Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycanın Türkmənistandakı səfirliyindən verilmiş məlumata görə, 2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar meyitin şəxsiyyətinin müəyyən olunması və ölkəyə gətirilməsi üçün aidiyyəti qurumlar məlumatlandırılıb.


Geri dön