Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD-in maliyyə yardımı kəsildi

İŞİD-in maliyyə yardımı kəsildi


3-04-2016, 12:21. Yazar: Xeberaz
İŞİD-in maliyyə yardımı kəsildi

İraq-Şam İslam dövlətinin (İŞİD) döyüşçüləri əmək haqqlarını ala bilmirlər.

Terrorçuların əksəriyyəti artıq bir neçə aydır ki, əmək haqqlarını ala bilmir. Bu barədə “Washington Post” yazıb.

Nəşrin məlumatına görə, terrorçuların nəzarətində olan neft hasilatı ocaqlarına ağır aviasiya zərbələri endirildikdən sonra onların arasında əsl maliyyə krizisi başlayıb.

İŞİD-in Suriya və İraqdakı muzdlularına əmək haqqları iki dəfə ödənilsə də, bəzilərinə ümumiyyətlə ödəniş olunmayıb. Bu vəziyyət terrorçuların komandirləri arasında davaya səbəb olub.
Geri dön