Ana Sayfa > Karusel / Təhsil / M2 > Abituriyentlər üçün ilk sınaq imtahanı keçirilir

Abituriyentlər üçün ilk sınaq imtahanı keçirilir


3-04-2016, 10:30. Yazar: Xeberaz
Abituriyentlər üçün ilk sınaq imtahanı keçirilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün 30 şəhər və rayonda sınaq imtahanları keçirir.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz, Qazax, Tovuz, Yevlax, Zaqatala, Tərtər, Kürdəmir, İsmayıllı, İmişli, Salyan, Cəlilabad, Quba, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunub.

Bildirək ki, imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48123 abituriyent qeydiyyatdan keçib.
Geri dön