Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD-in 1500-dək məhbusun saxlanıldığı yeraltı həbsxanası aşkarlandı

İŞİD-in 1500-dək məhbusun saxlanıldığı yeraltı həbsxanası aşkarlandı


3-04-2016, 10:08. Yazar: Xeberaz
İŞİD-in 1500-dək məhbusun saxlanıldığı yeraltı həbsxanası aşkarlandı
İraq ordusu İŞİD terror qruplaşmasının həbsxanasından 1500-dək əsiri azad edib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, İraq hərbçiləri əsir saxlanılan şəxsləri Anbar əyalətinin Xit şəhəri uğrunda gedən döyüşlər zamanı aşkarlayıblar.

Polis polkovniki Fadel ən-Nimravi bildirib ki, gizli “həbsxana” terrorçular tərəfindən yerin altında yaradılıb. Orada saxlanılan 1500-dək əsir və girovlar hərbçilər tərəfindən azad edilib. Onların əksəriyyətinin mülki şəxs olduğu bildirilir.
Geri dön