Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakı avtobusları 20 saatlıq iş rejiminə keçəcəklər

Bakı avtobusları 20 saatlıq iş rejiminə keçəcəklər


17-04-2015, 14:39. Yazar: Xeberaz
Bakı avtobusları 20 saatlıq iş rejiminə keçəcəklər
Xəttə xüsusi ekspress-avtobuslar buraxılacaq.

Bakıda ilk Avropa Oyunlarının keçiriləcəyi dövrdə paytaxtın ictimai nəqliyyatlı 20 saatlıq iş rejiminə keçəcək.

Xeberaz.az Trend-də istinadən xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, tamaşaçıları idman obyektlərinə daşımaq üçün xəttə xüsusi ekspress-avtobuslar buraxılacaq.

“İdman obyektlərinin yerləşdiyi ərazilərdə avtomobillərin dayanması məhdudlaşdırılacaq. Yarışa gəlmək üçün bileti olacaq avtomobil sahibləri maşınlarını xüsusi dayanacaqlarda saxlayacaq, sonra isə ekspresslərlə yarışların keçirildiyi ərazilərə gedəcəklər”, - deyə, Həsənov bildirib.

O qeyd edib ki, həmin dövrdə həmçinin lisenziyasız taksilərin fəaliyyəti də qadağan ediləcək.

“Bundan başqa, xəttə 300 yeni sərnişin avtobusu buraxılacaq”, - deyə, mətbuat xidmətinin rəhbəri bildirib.

Avropa Oyunları 12 – 28 iyun tarixlərində Bakıda keçiriləcək və qitənin tarixində bir ilk olacaq.
Geri dön