Ana Sayfa > Karusel / Gündəm / M2 > İcra başçısı əhaliyə çağırış etdi - “Şayiələrə inanmayın!”

İcra başçısı əhaliyə çağırış etdi - “Şayiələrə inanmayın!”


2-04-2016, 14:42. Yazar: Xeberaz
İcra başçısı əhaliyə çağırış etdi - “Şayiələrə inanmayın!”
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov cəbhədə baş verən gərginliklərdən danışıb.

İcra başçısı açıqlamasında deyib ki, Ağdam rayonu təmas xəttindən keçir: “Təxminən 21 kəndimiz təmas xəttində yerləşir. Ərazidə 94 min əhali yaşayır. Hazırda hərbi müdaxilələr var, ancaq buna baxmayaraq, əhali bütövlükdə öz yerindədir. Hər kəs gündəlik gördüyü kənd təsərrüfatı və məişət işləri ilə məşğuldur. İnzibati orqanın rəhbərləri ilə birgə kənd camaatı ilə görüşmüşük. Əhalidə heç bir təşviş yoxdur.

Bu gün baş verən hadisələr camaatda çox böyük ruh yüksəkliyi yaradıb. Hər kəs bu gün torpaqlarımızın azad edilməsi üçün istənilən çağırışa hazırdır.

Qeyd edim ki, bu saata qədər Ağdam ərazisində yaralanan, dünyasını dəyişən olmayıb. Kəndlərin bir neçə ərazisinə mərmilər düşüb. Divar hasarlarında müəyyən dağıntılar olub, ancaq insan təlafatı baş verməyib. Əhalini yayılan şayələrə inanmağa çağırıram”.
Geri dön