Ana Sayfa > Karusel / Hadisə / M2 > Azərbaycanda satış üçün nəzərdə tutulan 165 kq at əti müsadirə olundu

Azərbaycanda satış üçün nəzərdə tutulan 165 kq at əti müsadirə olundu


16-04-2015, 18:44. Yazar: Xeberaz

Azərbaycanda satış üçün nəzərdə tutulan 165 kq at əti müsadirə olundu
Aprelin 15-də axşam saatlarında daxil olmuş məlumat əsasında Kürdəmir Rayon Baytarlıq İdarəsi rayonun Xınıslı kənd sakini Bağırov Anar Ağarəsul oğluna məxsus həyətdə antisanitariya vəziyyətdə kəsimi aparılan, baytarlıq-sanitariya ekspertiza laboratoriyasından keçməyən 165 kq miqdarında at əti aşkar edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Xeberaz.az-a bildirilib ki, aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub.

İlkin olaraq ətdən laboratoriya müayinəsi üçün nümunələr götürülüb (heyvanın başı və ayaqları olsa da) və baytarlıq-sanitariya qaydalarına uyğun Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Aşkar edilmiş ət mənşəyi məlum olmayan məhsul kimi zərərsizləşdirilib.
Geri dön