Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda dəşətli qəza — "Hyundai" gənci əzdi, "Ambulans" vaxtında gəlmədi + FOTOLAR

Bakıda dəşətli qəza — "Hyundai" gənci əzdi, "Ambulans" vaxtında gəlmədi + FOTOLAR

1-04-2016, 23:31. Yazar: Xeberaz

Bakıda dəşətli qəza — "Hyundai" gənci əzdi, "Ambulans" vaxtında gəlmədi + FOTOLAR

Ölkə.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Bakıda Xətai rayonu kənd Əhmədli adlanan ərazidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 90-CV-550 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil yolu keçən piyadanı vurub. Piyada aldığı zərbə nəticəsində elə yerindəcə keçinib. Hadisə şahidlərinin sözlərinə görə, piyada 25-30 yaşlarında Şaiq adlı bir gəncdir.

Hadisədən sonra polis əməkdaşları "Hyundai" markalı avtomobilin sürücüsünü həbs edib.

Təcili tibbi yardım maşını tıxaca düşdüyü üçün hadisə yerinə zamanında çatmayıb. Buna görə də ailə üzvləri meyidi hadisə yerindəki insanların maşını ilə aparıblar.

Qeyd edək ki, bu ərazidə tez-tez bu cür qəzalar baş verir. Hadisə şahidləri səbəb kimi piyada zolağının olmamasını göstərir.

Geri dön