Ana Sayfa > Karusel / Təhsil > İrland yazıçı: Divan görən kimi ağlıma uzanıb oxumaq gəlir
İrland yazıçı: Divan görən kimi ağlıma uzanıb oxumaq gəlir1-04-2016, 12:06. Yazar: Xeberaz |
Colm Toibín irland yazıçı, çoxlu romanlar, hekayələr, esselər, pyeslər müəllifidir. Son romanı “Bruklin”ə bu yaxınlarda film çəkilib, film yüksək rəylər alıb. 2013-cü ildə "Məryəmin Vəsiyyətnaməsi" romanı ilə Man Booker Mükafatına real namizədlərdən biri olub. Yazıçının son müsahibəsi: - Bugünlərdə nə oxuyursunuz? Colm Toibin Toibin: İndi yazmaqda olduğum bir esse üçün Henry James-i təkrar oxuyuram, onun “Roderick Hudson” kitabını. 40 il bundan qabaq oxumuşdum. Bu, James-in ilk kitablarındandır, amma sonrakı kitablarına işıq salır, xüsusən “Şahzadə Casamassima” və “Səfirlər" kitablarına. “Roderick Hudson”-dakı xarakterlərdən biri “Şahzadə Casamassima”da şahzadənin özü kimi bir daha peyda olur, o biri xarakteri isə "Səfirlər" kitabında. - James-i ilk dəfə nə vaxt oxumuşdunuz? Hanry James - "Xanımın portreti"ni 19 yaşımda oxumuşdum. Mən yaşlandıqca James daha da yaxşılaşır, dərinləşir və sıxlaşır, xüsusən "Xanımın portreti", "Səfirlər” və “Qızıl kasa”. - İnsanları James-i oxumağa necə inandıra bilərsiniz? Bəlkə hansı əsərilə başlaya biləcəklərini deyəsiz? - “Mismar dönüşü" əsərini təklif edərdim, amma gəlin yaxşısı budur, insanlara nə oxumalı olduqlarını deməyək. - Yenidən oxuduğunuz başqa yazıçılar da var? Jane Austen - Jane Austen, Henry James, Joseph Conrad, W.B. Yeats. Onların hər birinin əsərlərini yenidən oxuyanda yeni şeylər tapıram. - Son oxuduğunuz və bəyəndiyiniz kitab hansı olub? - Ferdinand Mount’un "Racaların göz yaşları" kitabını oxumuşam, 700 səhifəlik kitabdır, 19-cu əsr Hindistanında Britaniyanın fəaliyyəti haqdadır. Gözəl yazılıb və düzülüb, ağıllı, həmçinin tünd kitabdır. - Bir oxucu kimi sizə kim təsir göstərib? - 9 yaşımda oxumaq öyrənmişəm, inanmıram ki, kimsə mənə təsir göstərib. - Sizin üçün xüsusi əhəmiyyətli kitab var evinizdə? - Məndə Henry James’in "Faciəvi ilahə" (The Tragic Muse) kitabı var, onu bacısı Alisa üçün imzalayıb. Məndə şair Thom Gunn’ın evində olmuş, ona məxsus olmuş kitabların çoxu var. - Elə yazıçı varmı ki, onun məşhur olmasını istərdiniz? - Mən fikir vermişəm ki, çox az adam Wallace Stevens-i tanıyır və onun əsərləri haqda danışır. O, məşhurdur. Amma siz, ya başqa birisi sonuncu dəfə nə zaman onun şeir kitabını götürüb bir axşam oxumaq üçün əyləşmisiniz? - Kitab oxumaq üçün xüsusi sevdiyiniz yer var? - Divanda uzanıb oxuyuram. Elə divan görən kimi ağlıma o gəlir: uzanıb oxuyum. Dostum, böyük memar Denis Looby mənə əkiz divanlar düzəldib, uzun və geniş. O divanlarda yaşayıram. Azadlıq.org Geri dön |