Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Xəstəxanada həkimləri döydülər - YENİLƏNİB

Xəstəxanada həkimləri döydülər - YENİLƏNİB


1-04-2016, 11:41. Yazar: Xeberaz
Xəstəxanada həkimləri döydülər - YENİLƏNİB
Həkimlərin müraciəti əsasında araşdırma aparılır
Bakıda xəstəxanada baş vermiş dava-dalaşla bağlı yeni məqamlar üzə çıxıb. Xətai rayonu Rəşid Bağırov küçəsi 30 ünvanında yerləşən 2 saylı Vərəm Dispanserində dava salan Nəcməddin adlı şəxsin həyat yoldaşı xəstəxanada müalicə olunurmuş. O, həyat yoldaşının yanına gələrkən hələlik tam dəqiqləşməmiş səbəblərdən digər xəstə ilə dalaşıb və onu döyməyə başlayıb. Daha sonra palataya növbətçi həkim Qılman Babayev və digər həkimlər gəlib. Əvvəllər məhkum edilmiş Nəcməddin adlı şəxs həkimlərə də xuliqanlıq zəminində zərbələr endirib.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.
Geri dön