Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiyalı pilotu öldürən şəxs Türkiyədə saxlanıldı

Rusiyalı pilotu öldürən şəxs Türkiyədə saxlanıldı


31-03-2016, 22:41. Yazar: Xeberaz
Rusiyalı pilotu öldürən şəxs Türkiyədə saxlanıldı
Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin katapult edən pilotu Oleq Peşkovu öldürdüyü iddia olunan Türkiyə vətəndaşı həbs edilib.

Bu barədə “Hürriyet” məlumat yayıb.

A.Çelik Suriyada döyüşdüyü adamlarla martın 30-da axşam saatlarında İzmir şəhərində bir restorana yemək yeməyə gedib. Ümumilikdə 15 nəfər saxlanılıb. Çeliyin hazırda dindirildiyi bildirilib.

Rusiya XİN-də Çeliyin saxlanılmasına dair məlumatı yoxlayırlar. Bu barədə TASS-ın məlumatına görə, nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyanat verib.

Qeyd edək ki, Suriyada Bayırbucak türkmənlərinin tərəfində döyüşən A.Çelik “Su-24”ün vurulmasından sonra katapult edərək paraşütlə aşağı enən pilot A.Peşkovu güllələdiyini bildirmişdi.
Geri dön