Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > ABŞ-dan gələn xəbər dolları kəskin ucuzlaşdırdı

ABŞ-dan gələn xəbər dolları kəskin ucuzlaşdırdı


30-03-2016, 10:18. Yazar: Xeberaz
ABŞ-dan gələn xəbər dolları kəskin ucuzlaşdırdı

Dollar ABŞ Mərkəzi Bankının (Fed) sədri Janet Yellenin ötən günki şərhlərindən sonra son beş ilin ən pis aylıq performansına yönəlib.

"Xəbəraz.az "-in məlumatına görə, Yellen dolların uçot dərəcəsinin artırılması ilə bağlı ehtiyyatlı davranacaqlarını bildirib. Bundan sonra ABŞ dolları 10 əhəmiyyətli pul qarşısında ucuzlaşmağa başlayıb.

Pisləşən qlobal iqtisadi böyümə mühitində Fed-in faiz ardırımı mövzusunda "təmkinli" davranacağını bildirməsi ABŞ milli valyutasının dəyərdən düşməsinə səbəb olub.

ABŞ pul vahidi Yaponiya yeni qarşısında 0,9% ucuzlaşaraq 112,51 səviyyəsinə enib. Dollar avro qarşısında da cuzi ucuzlaşıb. Dollar avro qarşısında 0,8% zəifləyərək 1,1295 səviyyəsinə geriləyib.

Analitiklər son bir həftə ərzində valyuta bazarında sürətlə bahalaşmaqda olan dolların kəskin ucuzlaşacağını proqnozlaşdırır.
Geri dön