Ana Sayfa > Karusel / M2 / Texnologiya > Telefonda “PlayStation” oynamaq mümkün olacaq

Telefonda “PlayStation” oynamaq mümkün olacaq


27-03-2016, 16:52. Yazar: Xeberaz
Telefonda “PlayStation” oynamaq mümkün olacaq


“Sony” korporasiyası “Playstation” oyunlarını “Android” və “iOS” platformalarına daşıyacaq şirkət yaradır.

"Xəbəraz.az "-ın xəbərinə görə, “ForwardWorks” adlanan şirkətin qurulması gələn həftə “Sony” tərəfindən rəsmən açıqlanacaq.

Tamamilə mobil oyunlar üzərində çalışacaq “ForwardWorks” həm əfsanələşən “PlayStation” oyunlarını “Android” və “iOS” platformasına gətirəcək, həm də özü yeni oyunlar işləyib hazırlayacaq.

Yeni şirkət aprel ayından etibarən “Sony Interactive Entertainment”in tərkibində fəaliyyət göstərməyə başlayacaq. İlkin mərhələdə Yaponiya və Asiya bazarındakı istifadəçilərə yönələcək şirkət daha sonra əhatə dairəsini genişləndirməyi planlaşdırır.
Geri dön