Ana Sayfa > Karusel / Hadisə / M2 > Şəhid polisin babası: "Ağlama yavrum, düşməni sevindirmə"

Şəhid polisin babası: "Ağlama yavrum, düşməni sevindirmə"


27-03-2016, 13:51. Yazar: Xeberaz
Şəhid polisin babası: "Ağlama yavrum, düşməni sevindirmə"

Türkiyənin Şırnak bölgəsində PKK-ya qarşı təşkil olunan əməliyyatlarda şəhid olan 23 yaşlı polis Osman Belkaya məmləkəti Yozqatda dəfn edilib.

"Xəbəraz.az " xəbər verir ki, şəhid polisin yasına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb.

Dəfn mərasiminin ən duyğulu anları şəhidin babasının hərəkəti olub. Belə ki, baba Abdullah Onar nəvəsinin tabutuna sarılaraq ağılar deyib.

Daha sonra tabutun başında dayanan mərasim polisinin göz yaşı tökməsinə tab gətirməyərək, onun göz yaşlarını dəsmalla silib: "Ağlama yavrum, düşməni sevindirmə... Biz qürurluyuq" deyə söyləyib.

Şəhidin babasının bu sözləri dəfn mərasiminə qatılan hər kəsi duyğulandırıb.

Həmin anın şəkilləri sosial şəbəkələrdə günün ən çox paylaşılan fotoları olub.
Geri dön